Dünya · Günün Səsi

Pezeşkian SEPAH generalını özünə müşaviri təyin etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pezeşkian SEPAH generalını özünə müşaviri təyin etdi xəbəri üçün şəkil

İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məcid bin əl-Rzanı özünün müdafiə müşaviri təyin edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: “Prezident rəsmi fərmanla Məcid bin əl-Rzanı milli müdafiə üzrə müşaviri təyin edib. Pezeşkian ümid etdiyini bildirib ki, yeni müşavir praktik tövsiyələr verməklə hökumətin bu sahədəki məqsədlərinə çatmasına və ölkənin qarşısında duran problemlərin həllinə töhfə verəcək”.

Məcid ibn əl-Rza Əziz Nəsirzadənin Amerika və İsrail hücumlarında həlak olmasından sonra İranın müdafiə naziri vəzifəsini icra edir.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑