Dünya · Günün Səsi

Pezeşkian Ermənistanla strateji sənədin hazırlanmasını müzakirə edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pezeşkian Ermənistanla strateji sənədin hazırlanmasını müzakirə edib xəbəri üçün şəkil

Mütəxəssislərin ixtisaslaşmış görüşlər keçirərək müvafiq məsələləri araşdırması və əməkdaşlığın inkişafı üçün zəruri zəmin yaratması barədə razılıq əldə olunub.

Gununsesi.info xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.

 

Pezeşkianın sözlərinə görə, bu məsələlər ətraf mühitin qorunmasının bütün dünya ölkələri üçün ortaq məsuliyyət və danılmaz zərurət olduğunu göstərir.

Nikol Paşinyanla görüşünə toxunan İran prezidenti bildirib ki, Ermənistanın Baş naziri ilə mövcud əlaqələri və gələcək planları nəzərdən keçirib, birgə strateji sənədin hazırlanmasını müzakirə ediblər.

O qeyd edib ki, müvafiq məsələlərin araşdırılması və əməkdaşlığın inkişafı üçün zəruri zəminin yaradılması məqsədilə iki ölkənin mütəxəssislərinin ixtisaslaşmış görüşlər keçirməsi barədə razılıq əldə olunub.

Pezeşkian Gürcüstanın Baş naziri ilə apardığı danışıqlara və İran, Ermənistan və Gürcüstanın regional əməkdaşlığı genişləndirmək imkanlarına da toxunub.

Onun sözlərinə görə, tərəflər arasında kommunikasiya və tranzit marşrutlarının inkişafı, eləcə də coğrafi imkanların Avropa, Fars körfəzi, Əfqanıstan, Hindistan və regionun digər ölkələri ilə əlaqələndirilməsi məsələləri diqqət mərkəzində olub.

Pezeşkian onu da əlavə edib ki, bu əməkdaşlıq iqtisadi, mədəni, sosial və siyasi əlaqələrin inkişafı üçün yeni imkanlar yarada bilər.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑