Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul ediləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Lavrov həmçinin iranlı həmkarı Arakçı ilə danışıqlar aparacaq.
İran parlamentində internetə çıxışın olmaması səbəbindən 25 deputat müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsinə namizədin seçilməsi üzrə elektron səsvermədə iştirak edə bilməyib. Globalinfo.az xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi məlumat verib. Onun sözlərinə görə, iclasda iştirak edən 277 deputatdan 25-i internet bağlantısının olmaması səbəbindən səsverməyə qoşula bilməyib. Bildirilib...
Kanadanın Alberta əyalətindəki Ueynrayt Hərbi Bazasında baş verən yanğın nəticəsində dörd əsgər həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.
Modern.az xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni hərbi bazadakı yanğından zərər çəkən hərbçilərə görə kədərləndiyini bildirib.
Yanğın hərbi bazanın hüdudlarından kənara yayılıb, güclü külək yanğını daha da alovlandırıb.