Dünya · Globalinfo.az

İnternet kəsildi, deputatlar nazirə səs verə bilmədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İnternet kəsildi, deputatlar nazirə səs verə bilmədi xəbəri üçün şəkil

İran parlamentində internetə çıxışın olmaması səbəbindən 25 deputat müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsinə namizədin seçilməsi üzrə elektron səsvermədə iştirak edə bilməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi məlumat verib. Onun sözlərinə görə, iclasda iştirak edən 277 deputatdan 25-i internet bağlantısının olmaması səbəbindən səsverməyə qoşula bilməyib.

Bildirilib ki, səsvermədə 237 deputat namizədin lehinə, 15 nəfər isə əleyhinə səs verib. Bitərəf səs qeydə alınmayıb.

Qeyd edək ki, təqdim olunan məlumata əsasən, səsvermənin nəticələri açıqlansa da, internet problemi səbəbindən bütün iştirakçılar öz seçimlərini elektron qaydada ifadə edə bilməyiblər.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑