Dünya · Azxeber.com

Trampa qarşı ümummilli etiraz aksiyası keçirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampa qarşı ümummilli etiraz aksiyası keçirilib xəbəri üçün şəkil
ABŞ-də prezident Donald Trampın siyasətinə qarşı çıxan "No Kings” ("Krallara yox”) hərəkatının ümummilli etiraz aksiyası keçirilib.
Təşkilatçılar 50 ştatın hamısında 3 mindən çox tədbirin təşkil olunduğunu bildiriblər.
Aksiyaların əsas məqsədi Konqresə aralıq seçkilər ərəfəsində seçiciləri səfərbər etmək olub.  Etiraz kampaniyası noyabrın 3-nə təyin olunan səsverməyə yaxın keçirilib. Nümayişçilər amerikalıları qanunvericilikdə nəzərdə tutulan imkanlardan istifadə edərək seçkilərin əsas günündən əvvəl səs verməyə çağırıblar.
Nümayişlər ölkənin Nyu-York, Los-Anceles, Çikaqo, Filadelfiya və Atlanta kimi böyük şəhərlərində keçirilib. İştirakçılar hazırkı prezidentin siyasətinə qarşı plakatlar qaldırıb, demokratik institutları dəstəkləyən şüarlar səsləndiriblər. Etirazlarda iştirak edənlərin ümumi sayı hələlik məlum deyil.   ///modern.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑