Dünya · Günün Səsi

İlon Mask: “Starlinki söndürsək, Ukrayna ordusu dağılar”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İlon Mask: “Starlinki söndürsək, Ukrayna ordusu dağılar” xəbəri üçün şəkil

Amerikalı milyarder İlon Mask “Starlink” peyk internet sisteminin Ukrayna ordusu üçün sürətinin aşağı salınması ilə bağlı iddialara münasibət bildirib.

Gunusesi.info xəbər verir ki, Mask “Starlink”in mülki kommersiya xidməti olduğunu, dron hücumları və insanların öldürülməsi üçün istifadəsinə icazə verilmədiyini deyib. O, Ukrayna hərbçilərinin sistemdən istifadə şərtlərini pozaraq ondan dron zərbələri üçün yararlandığını iddia edib. Maskın sözlərinə görə, bu problem ötən həftə aradan qaldırılıb.

“Starlink”in hərbi versiyası olan “Starshield” barədə danışan Mask bildirib ki, sistem ABŞ hökumətinin nəzarətindədir və ondan kimin istifadə edəcəyinə Vaşinqton qərar verir.

O, həmçinin “Starlink”in söndürüləcəyi təqdirdə Ukrayna ordusunun dağılacağını vurğulayıb. Mask Ukraynanın müdafiəsi üçün heç bir özəl şirkətin “SpaceX” qədər iş görmədiyini də iddia edib.

Məsələ ilə bağlı Maskın X sosial şəbəkəsindəki paylaşımına şərh yazan istifadəçilər isə Ukraynanın Rusiyanın təcavüzünə qarşı müdafiə olunduğunu və “Starlink” sürətinin aşağı salınmasının hərbçilərin, eləcə də dinc sakinlərin həyatını təhlükəyə atdığını bildiriblər.

Ukrayna ordusunun “Starlink”lə bağlı problemlərinin oktyabrın 14-dən başladığı qeyd olunur. Bu vəziyyətin dron zərbələrinin endirilməsinə, dronlara qarşı mübarizəyə və bəzi kəşfiyyat uçuşlarına mənfi təsir göstərdiyi bildirilir.

ABŞ rəsmiləri yaranmış problemin texniki xarakter daşıdığını açıqlayıblar. Bundan sonra ABŞ rəhbərliyi Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələrini pisləyib.

Gunusesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑