Dünya · Günün Səsi

Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb xəbəri üçün şəkil

Daha bir neft tankeri Hörmüz boğazından keçərkən minaya düşüb.

Gununesi.info xəbər verir ki, İran ordusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində bir neft tankerinin dəniz minası ilə toqquşması nəticəsində zədələndiyini və yanğın baş verdiyini açıqlayıb.

Məlumata görə, bir neçə saat əvvəl izləmə sistemlərini söndürərək Hörmüz boğazının şərqindəki qadağan olunmuş və təhlükəli ərazidən keçməyə çalışan qayda pozuntusuna yol vermiş tanker dəniz minalarına toxunaraq zədələnib.

Bildirilib ki, Hörmüz boğazı qaydaları pozan və əvvəlcədən razılaşdırmadan keçməyə çalışan gəmilər üçün təhlükəlidir və bağlıdır.

Təhlükəsiz keçid üçün İran silahlı qüvvələri ilə zəruri koordinasiya aparılmalı olduğu vurğulanıb.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑