Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında məhdudiyyətlər tətbiq olunub.
Bu barədə Rusiya Federal Hava Nəqliyyat; Agentliyi-"Rosaviasiya” məlumat yayıb.
Bildirilib ki, aeroportlar müvafiq orqanlarla razılaşdırmalardan sonra reyslərin qəbuluna və uçuşuna icazə verir.
Moskva səmasının demək olar ki, tamamilə bağlı olduğu bildirilib.


