Dünya · News24.az

Aİ iqlim fəlakətlərinə qarşı yeni plan hazırladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ iqlim fəlakətlərinə qarşı yeni plan hazırladı xəbəri üçün şəkil

Avropa İttifaqı (Aİ) qızmar istiyə, quraqlıq, daşqınlar və meşə yanğınları ilə mübarizə üçün yeni plan hazırlayıb.

News24.az xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, 2022–2025-ci illərdə iqlimlə bağlı iqtisadi itkilər təxminən 200 milyard avro təşkil edib.

Yeni plana əsasən, Avropa ölkələri iqlim risklərini əvvəlcədən müəyyənləşdirmək və fəlakətlərin təsirini azaltmaq üçün tədbirlər görəcək. Bu məqsədlə enerji, nəqliyyat, kənd təsərrüfatı, su və səhiyyə sahələrində yeni addımlar atılacaq.

Bundan başqa, isti hava dalğalarının insan sağlamlığına təsirini azaltmaq, quraqlıq və daşqınlara qarşı hazırlığı gücləndirmək, eləcə də iqlim risklərinə qarşı sığorta imkanlarını genişləndirmək nəzərdə tutulur.

Aİ iqlim təhlükələrinə ən həssas olan 100 bölgəni də müəyyənləşdirəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑