Siyasət · Günün Səsi

Dünyada fövqəladə vəziyyət həyəcanı: Azərbaycanı nə gözləyir? – Deputatdan AÇIQLAMA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünyada fövqəladə vəziyyət həyəcanı: Azərbaycanı nə gözləyir? – Deputatdan AÇIQLAMA xəbəri üçün şəkil

Dünya ölkələrində fövqaladə vəziyyətlə bağlı əhaliyə çağırışlar edilir.

Avropanın və Asiyanın ən inkişaf etmiş ölkələri, əhaliyə təcili müraciət edərək, bir neçə günlük tədarük görməklə bağlı xəbərdarlıqlar ediblər.

Yaponiya höküməti xalqdan fövqəladə vəziyyətlərə tam hazır olmağı, sığınacaqların yerlərini bilməli olduqlarını və evlərində müəyyən müddətə yetəcək qədər qida ehtiyatı depolamaları barədə göstəriş verib.

Vaşinqtonun mərkəzinfə elektrik enerjisinin verilişi dayanıb. Hətta işıqforlar belə işləmir.

Avropada bir sıra ölkələrin super-market şəbəkələrinə irimiqyaslı kiber hücum edilib.

Ukraynanın xəbərdarlıq sistemləri kiber hücuma məruz qaldıqdan sonra vətəndaşlara yalan məlumatlsr göndərilib.

Cənubi Korea vətəndaşlarından fövqəladə vəziyyətlərə hazır olmalarını və qida ehtiyatı və lazımi ləvazimatları stoklamağı istəyib.

Ən azı 11 ölkənin hökuməti mümkün fövqəladə hallara hazırlıq məqsədilə ərzaq, su və zəruri ləvazimat ehtiyatlarının toplanmasını tövsiyə edir.

Maraqlıdır, bəs görəsən, Azərbaycan bu məsələlərlə bağlı nə düşünür?

Dəqiq desək, dünyada baş verən bu hal bizə də təsir edəcəkmi?

Artıq sosial şəbəkələrdə “bizdən gizlədirlər” intonasiyası da yayılır.

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Elnarə Akimova danışıb.

O bildirib ki, dünyada baş verən proseslər fonunda insanların narahatlığını müəyyən qədər anlamaq olar:

Son illərdə geosiyasi gərginliklər, müharibələr, kiberhücumlar, enerji və kommunikasiya sistemlərində yaranan problemlər göstərir ki, müasir dünyada fövqəladə hallara hazırlıq məsələsi hər bir dövlət üçün mühüm əhəmiyyət daşıyır. Ancaq ayrı-ayrı ölkələrin əhalisinə ərzaq, su və zəruri ləvazimat ehtiyatı saxlamaqla bağlı tövsiyələr verməsini yaxınlaşan qlobal təhlükənin əlaməti kimi təqdim etmək düzgün deyil. Burada bir məqamı xüsusilə vurğulamaq istəyirəm: fövqəladə hallara hazır olmaq başqa şeydir, cəmiyyətdə təhlükə gözləntisi yaratmaq tamam başqa. İnkişaf etmiş ölkələrdə belə tövsiyələr çox vaxt dövlətlərin mülki müdafiə və böhranlara hazırlıq siyasətinin tərkib hissəsidir. Bu, mütləq hansısa konkret təhlükənin gözlənildiyi və ya dövlətlərin ictimaiyyətdən nəyisə gizlətdiyi anlamına gəlmir.
Azərbaycan da bu məsələlərdən kənarda deyil və ölkəmizdə fövqəladə halların qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin edilməsi dövlətin diqqət mərkəzindədir. Bunun üçün ayrıca ixtisaslaşmış qurum – Fövqəladə Hallar Nazirliyi fəaliyyət göstərir. FHN-in əsas vəzifələrindən biri məhz təbii və texnogen fəlakətlər, yanğınlar, qəza və digər təhlükəli hadisələr zamanı əhalinin mühafizəsini təşkil etmək, təhlükə barədə vaxtında xəbərdarlıq etmək və zəruri tədbirləri həyata keçirməkdir. Bu, qanunvericiliklə də müəyyən olunub”, – deyə o qeyd edib.

Akimova həmçinin vurğulayıb:

“Mən hesab edirəm ki, əgər Azərbaycan üçün real və ciddi təhlükə mövcud olsaydı, dövlət bununla bağlı müvafiq qərarlar qəbul edər, aidiyyəti qurumlar vasitəsilə əhalini məlumatlandırar və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görərdi. Azərbaycan dövləti öz vətəndaşlarını taleyin ümidinə buraxan dövlət deyil. Ona görə də sosial şəbəkələrdə yayılan ayrı-ayrı məlumatlardan çıxış edərək guya nəyinsə gizlədildiyi barədə qənaət yaratmaq doğru yanaşma deyil. Digər tərəfdən, bunu da qəbul etməliyik ki, hər bir vətəndaşın fövqəladə hallara dair ilkin biliklərə malik olması, evində müəyyən miqdarda su, ərzaq, dərman və zəruri ləvazimat saxlaması faydalıdır. Bu, qorxu və təşviş məsələsi deyil, şəxsi təhlükəsizlik mədəniyyətidir. Çünki fövqəladə vəziyyətin nə vaxt və harada baş verəcəyini əvvəlcədən bilmək mümkün deyil. Əsas məsələ budur ki, biz hər bir xəbəri təşvişə çevirməməli, rəsmi məlumatlara əsaslanmalı, dövlət qurumlarının açıqlamalarını izləməliyik. Hazırlıqlı olmaq lazımdır, amma qorxu içində yaşamaq yox. Dövlətə güvənmək, eyni zamanda şəxsi məsuliyyəti də unutmamaq lazımdır”.

Orxan

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑