Siyasət · Trend.az

Azərbaycanın sabiq səfiri Yaponiyanın dövlət ordeni ilə təltif olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın sabiq səfiri Yaponiyanın dövlət ordeni ilə təltif olunub xəbəri üçün şəkil

Bakı. Trend:

Azərbaycanın Yaponiyada sabiq səfiri Gursel İsmayılzadə “Qızıl və Gümüş Ulduzlu Gündoğar Ordeni” (The Order of the Rising Sun, Gold and Silver Star) ilə təltif olunub.

Bu barədə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 3-də Yaponiya Hökuməti 2026-cı ilin payız mövsümü üzrə xarici vətəndaşların dövlət təltiflərinin laureatlarını elan edib.

Gursel İsmayılzadə Yaponiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsinə, dostluq əlaqələrinin və qarşılıqlı xoş münasibətlərin inkişafına verdiyi töhfələrə görə təltif olunub.

Qeyd edilib ki, xarici vətəndaşların dövlət təltifləri Yaponiya ilə dostluq münasibətlərinin inkişafı və digər bu kimi sahələrdə mühüm xidmətləri olan xarici vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑