Dünya · Günün Səsi

Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı strateji əhəmiyyət daşıyır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı strateji əhəmiyyət daşıyır xəbəri üçün şəkil

Azərbaycan-Türkiyə qardaşlığının qorunması və iki ölkə arasında həmrəyliyin gücləndirilməsi bütün Türk dünyasının ortaq gələcəyi baxımından strateji əhəmiyyət daşıyır.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovla görüşündə bildirib.

Görüşün təfərrüatları barədə səfir Rəşad Aslanov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Diplomat Prezident İlham Əliyevin salamlarını Dövlət Bağçalıya çatdırıb, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsinə verdiyi dəstəyə görə ona dövlət başçısının təşəkkürünü ifadə edib.

Dövlət Bağçalı da öz növbəsində Prezident İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib və hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

MHP sədri Azərbaycanla Türkiyə arasında həmrəyliyin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

O, iki ölkə arasındakı münasibətlərin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişaf edəcəyinə əminliyini ifadə edib.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑