Dünya · Globalinfo.az

Maskdan Ukrayna ilə bağlı etiraf

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Maskdan Ukrayna ilə bağlı etiraf xəbəri üçün şəkil

Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib

“SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib.

Globalinfo.Az xəbər verir ki, Mask bu barədə öz “X” hesabında məlumat verib.

O, paylaşımında Ukrayna ordusunun “Starlink” xidmətindən istifadə qaydalarını pozduğunu iddia edib. Mask iddia edib ki, Ukrayna ordusu hücum dronlarını idarə etmək üçün Starlinkdən istifadə edir və bu da ölümcül hücumlarla nəticələnir. İş adamı bu imkanın ötən həftə söndürüldüyünü bildirib.

“Bu boşluq ötən həftə aradan qaldırılıb”, – o əlavə edib.

Qeyd edək ki, Ukrayna oktyabrın 24-də Starlink və onun hərbi versiyası olan “Starshield” sistemlərinin fəaliyyətinin məhdudiyyətlərdən əvvəlki səviyyəyə qayıtdığını açıqlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑