Dünya · Azxeber.com

Güclü fırtına nəqliyyatın hərəkətini pozub, kütləvi tədbirlər ləğv edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Güclü fırtına nəqliyyatın hərəkətini pozub, kütləvi tədbirlər ləğv edilib xəbəri üçün şəkil
Böyük Britaniyada "Boelo” fırtınası güclü külək və leysan yağışları ilə müşayiət olunaraq ölkənin bir çox bölgəsində nəqliyyatın hərəkətində ciddi fasilələrə səbəb olub.
BBC xəbər verir ki, bir gün əvvəl ölkəyə təsir göstərən "Austen” fırtınasının ardınca başlayan yeni əlverişsiz hava şəraiti səbəbindən İrlandiya dənizində bərə reysləri ləğv edilib. Şotlandiyada bəzi dəmir yolu xətlərinin yerli vaxtla saat 21:00-dan etibarən bağlanacağı bildirilib. Fırtına kütləvi tədbirlərin keçirilməsinə də təsir göstərib. Uelsin şimalındakı Eriri Milli Parkında planlaşdırılan marafon, eləcə də İngiltərə, Şotlandiya və Şimali İrlandiyada bir sıra tədbirlər ləğv olunub.
Böyük Britaniyanın Meteorologiya Xidməti şənbə və bazar günləri üçün ölkənin böyük hissəsini əhatə edən altı hava xəbərdarlığı yayıb. Onlardan üçü artıq qüvvəyə minib. Güclü küləklə əlaqədar narıncı xəbərdarlıqların isə saat 21:00-dan qüvvəyə minəcəyi bildirilib.
İrlandiyanın Dublin hava limanında da uçuşlarda fasilələr yaranıb. Hava limanının məlumatına görə, saat 16:00-a olan vəziyyətə əsasən, əlverişsiz hava şəraiti səbəbindən 9 gediş və 10 gəliş reysi ləğv edilib.   ///azərtac///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑