Şotlandiyada iki sahibkarın 200 kiloqram əvəzinə səhvən 2 ton xiyar sifariş etməsi onların biznesində dönüş nöqtəsi olub.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Lucy Patto Davidson və Kat Goldin qida israfını azaltmaq məqsədilə artıq tərəvəzlərdən turşu hazırlamağa başlayıblar. İlk məhsullarına maraq gözlədiklərindən çox olub.
Səhv sifariş nəticəsində əllərində 2 ton xiyar qalan sahibkarlar məhsulların xarab olmaması üçün qısa müddətdə böyük həcmdə turşu hazırlayıblar. Hazırladıqları məhsulların cəmi bir neçə həftəyə satılması onları istehsalı genişləndirməyə həvəsləndirib.
Beləliklə, "Goat Rodeo Goods" markasını yaradan tərəfdaşların məhsulları Böyük Britaniyada 400 mağazada satışa çıxarılıb.
Sahibkarlar 2026-cı ildə satış gəlirlərinin 500 min funt sterlinqi keçəcəyini gözləyirlər.
Bizim.Media





