Dünya · Globalinfo.az

Zelenskini kim əvəz edə bilər?- Dörd sürpriz namizədin adı açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenskini kim əvəz edə bilər?- Dörd sürpriz namizədin adı açıqlandı xəbəri üçün şəkil

ABŞ-ın “Newsweek” jurnalı Donald Trampın Kiyevdə hakimiyyət dəyişikliyi ilə bağlı çağırışlarından sonra Ukrayna Prezidenti Volodimir Zelenskini əvəzləyə biləcək dörd şəxsin adını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, jurnalın məlumatına görə, əsas namizədlər arasında Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Kirill Budanov, sabiq müdafiə naziri Mixail Fedorov və eks prezident Petro Poroşenko yer alır.

Zalujnı Zelenskinin əsas rəqibi hesab olunur. “Rating Group”un sorğusuna əsasən, respondentlərin 64 faizi Zalujnıya, 53 faizi isə Zelenskiyə etimad göstərir. Sorğu iştirakçılarının təxminən 23 faizi prezident seçkilərində Zelenskiyə, beşdəbirindən çoxu isə Zalujnıya səs verəcəyini bildirib.

Budanova etimad səviyyəsi təxminən 53 faiz, Fedorova isə 38 faiz təşkil edir. Sorğu iştirakçılarının 7,6 faizi seçkilərin birinci turunda Fedorova, 6,7 faizi isə Budanova səs verməyə hazır olduğunu açıqlayıb.

2014–2019-cu illərdə Ukrayna prezidenti olmuş Petro Poroşenko hazırda müxalifətçi deputat kimi fəaliyyət göstərir. 2025-ci ildə Zelenski milli təhlükəsizliklə bağlı əsaslarla Poroşenkoya qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərə onun aktivlərinin dondurulması da daxildir.

“Axios” portalının Ağ Evdəki mənbələrə istinadən yaydığı məlumata görə, Tramp Zelenskidən narazıdır və Kiyevin Rusiyadakı neft emalı zavodlarına hücumları dayandırmasını gözləyir. Tramp hesab edir ki, bu hücumlar ABŞ-da yanacağın qiymətinin artmasına səbəb olur.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑