Dünya · Globalinfo.az

Zelenskidən müharibə ilə bağlı yeni qərar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenskidən müharibə ilə bağlı yeni qərar xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin daha 90 gün – 2027-ci il yanvarın 28-dək uzadılmasını nəzərdə tutan qanun layihələrini Ali Radaya təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə parlamentinin rəsmi saytında məlumat verilib.

Təşəbbüs artıq müvafiq komitələrin və Ali Radanın müzakirəsinə göndərilib.

Deputatlar qanun layihələrini dəstəkləsələr, bu, Rusiyanın 2022-ci ilin fevralında başlatdığı genişmiqyaslı işğaldan bəri Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması ilə bağlı 21-ci qərar olacaq.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑