“ABŞ Prezidenti Donald Trampın Ukraynada seçkilərin keçirilməsinin vacibliyi ilə bağlı açıq bəyanatından sonra Volodimir Zelenski şoka düşüb”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə politoloq Vasili Vakarov çıxış edib.
“Kiyevdə heç kim Zelenskinin harada olduğunu bilmir. Öz mənbələrim, hələ də ünsiyyətdə olduğum insanlarla əlaqə saxladım, amma heç kim onu görməyib”, – deyə o bildirib.
Politoloq həmçinin Zelenskinin sosial şəbəkələrdə ənənəvi axşam videomüraciətinin yayımlanmadığına diqqət çəkib.
Onun sözlərinə görə, Kiyevdə bir çoxları birbaşa və ya dolayı yolla Zelenskinin isterik vəziyyətdə olduğunu və haradasa gizləndiyini söyləyirlər.
Vakarov ehtimal edir ki, Ukrayna prezidenti Kiyevdəki bunkerdə ola bilər və ya Böyük Britaniyaya yollanır.
Onun fikrincə, hazırda London Zelenskiyə ən çox dəstək verən tərəflərdən biridir.
Politoloq hesab edir ki, Zelenski könüllü şəkildə seçkilərə getməyəcək. Onun sözlərinə görə, Ukrayna prezidenti məğlub olacağını anlayır və bunun yalnız siyasi karyerasının deyil, daha ciddi nəticələrin də başlanğıcı ola biləcəyini düşünür.
“Zelenski seçkilərlə bağlı Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov və Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı ilə razılığa gəlməyə çalışıb. Lakin onların heç biri ona dəstək verməyə razılaşmayıb. Ukrayna lideri anlayır ki, hazırda seçkiləri uduzacaq. Buna görə də seçkilərin keçirilməsinə imkan verməmək üçün sona qədər mübarizə aparacaq”, – deyə ekspert bildirib.
Vakarov qeyd edib ki, Zelenski Trampın tələb etdiyi kimi Rusiya ilə birbaşa razılaşmaya getsəydi, Ukraynadakı nüfuzlu siyasi və hərbi qüvvələr ona qarşı çıxardı.
Xatırladaq ki, bundan əvvəl Tramp Vladimir Zelenskinin “razılaşmağı bacarmadığını” və Rusiya ilə anlaşa bilmədiyini bildirərək ukraynalılara yeni lider seçməyi tövsiyə etmişdi.
Günay Rəsulqızı
Globalinfo.az



