Avstraliyalı tədqiqatçı Veronik Paris ağcaqanadların onu gündə 250-500 dəfə dişləməsinə icazə verir.
Publika.az xəbər verir ki, alimin hekayəsi sosial mediada müzakirə olunur.
Paris izah edib ki, o və həmkarları ağcaqanadların təhlükəli xəstəlikləri necə ötürdüyünü anlamağa çalışırlar. Bu iş canlı ağcaqanadlar üzərində təcrübələr aparmaqdan ibarətdir, ona görə də alimlər laboratoriyada bütün həşərat koloniyalarına qulluq edirlər.
Parisin sözlərinə görə, o və həmkarları özləri könüllü olaraq “ağcaqanad yemi”nə çevriliblər, çünki bu, onların sağ qalmasını təmin etməyin ən asan və sürətli yoludur. O izah edib ki, onlar sadəcə əllərini həşərat saxlayan yerə qoyub koloniya dolana qədər təxminən 15-20 dəqiqə gözləməlidirlər. Paris qeyd edib ki, "Mən artıq buna öyrəşmişəm, ona görə də immun sistemim tez reaksiya verir. Bir saatdan sonra yalnız qırmızı nöqtələr qalır, dörd saatdan sonra isə heç nə qalmır".
Qadın izah edib ki, elm adamları onları yalnız sağlam ağcaqanadların dişləməsinə icazə verirlər. Onların laboratoriyasında təhlükəli koloniyalar da var. Onlar insanlarla əlaqəsi olmayan xüsusi bir sistem vasitəsilə qidalanırlar.
Müəllif: Tural



