Dünya · Globalinfo.az

Zelenski Tramp və Putinə görə çətin vəziyyətə düşüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Tramp və Putinə görə çətin vəziyyətə düşüb xəbəri üçün şəkil

Volodimir Zelenskinin ətrafındakı bəzi şəxslər hesab edirlər ki, ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə dizel yanacağının tədarükü ilə bağlı razılaşması müharibədə qələbəyə dair ümidləri zəiflədib və Kiyevi strategiyasına yenidən baxmağa məcbur edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri yazıb.

Nəşr Rusiya ərazisindəki hədəflərə zərbələr planının hazırlanmasında iştirak edən ukraynalı rəsmilərdən birinin sözlərini dərc edib.

“Əgər ABŞ Rusiyanın tərəfini tutsa, gərginliyi artırmaqdan imtina etmək və sülh bağlamaqdan başqa seçimimiz qalmayacaq”, – deyə ukraynalı rəsmi bildirib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Kiyevdə Rusiyanın iqtisadi çətinliklər nəticəsində çökəcəyinə və bunun Moskvanı güzəştlərə getməyə məcbur qoyacağına dair gözləntilər getdikcə azalır.

“The Atlantic” qeyd edir ki, Trampın Rusiyadan dizel yanacağının alınması ilə bağlı razılaşması Kiyevin Moskvaya iqtisadi təzyiq strategiyasını çətinləşdirib.

Beləliklə, Ukrayna rəhbərliyi indi iki seçim arasında qalır: ABŞ-ın gələcək dəstəyi ilə bağlı qeyri-müəyyənlik şəraitində mübarizəni davam etdirmək, yoxsa sülh sazişinə nail olmaq üçün yol axtarmaq. Zelenskinin necə qərar verəcəyini zaman göstərəcək.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑