Rusiya ordusu Ukraynanın Xarkov şəhərinin Novobavarski rayonuna raket hücumu həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov Teleqram kanalında məlumat verib.
Merin açıqlamasına görə, zərbə nəticəsində iki nəfər həyatını itirib, daha dörd nəfər isə yaralanıb.
Hücum yaşayış evlərinə, avtomobillərə və qarajlara da ziyan vurub.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Əliyar Xəlil,



