Suriyanın İdlib vilayətinin şərqində, Sarakib şəhəri yaxınlığında silah və sursatların saxlanıldığı anbarda güclü partlayışlar qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb.
Məlumata əsasən, anbarda bir neçə partlayış ardıcıl şəkildə baş verib.
Hadisənin səbəbləri, eləcə də ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat açıqlanmayıb.
Əliyar Xəlil,




