Gündəm · Globalinfo.az

İsrail ordusu Qəzzada HAMAS və “İslami Cihad” üzvlərini öldürüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail ordusu Qəzzada HAMAS və “İslami Cihad” üzvlərini öldürüb xəbəri üçün şəkil

İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə endirilən hava zərbələri nəticəsində HAMAS və “İslami Cihad” hərəkatının dörd üzvünün öldürüldüyünü bildirib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, ordunun məlumatına görə, öldürülənlər arasında HAMAS-ın elit “Nuxba” qüvvələrinin bölmə komandiri və snayper bölməsinin üzvü, həmçinin “İslami Cihad”ın iki üzvü olub.
İsrail tərəfi onların hərbçilərə və mülki şəxslərə qarşı hücumlar hazırladığını iddia edib.

Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Bassal isə son 24 saat ərzində İsrailin atəşi və hava zərbələri nəticəsində 13 nəfərin öldüyünü, təxminən 60 nəfərin yaralandığını açıqlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑