Dünya · Editor.az

Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü xəbəri üçün şəkil

Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan bələdiyyə məclisinin üzvü Murat Saral silahlı hücum nəticəsində həyatını itirib.

KONKERT.az DHA-ya istinadən xəbər verir ki, Gölcük Bələdiyyəsinin MHP-dən olan məclis üzvü Murat Saral ilə A.İ.U. arasında mübahisə yaranıb. Mübahisədən sonra A.İ.U. tapança ilə Sarala atəş açıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar. Güllə yaralarından ağır xəsarət alan Saral xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisədən sonra qaçan şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb. Faktla bağlı araşdırma davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑