Dünya · Globalinfo.az

Ukrayna ilə bağlı gizli sülh planı hazırlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna ilə bağlı gizli sülh planı hazırlandı xəbəri üçün şəkil

Almaniyanın Moskvadakı səfirliyi Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı müstəqil və məxfi sülh planı hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri apardığı araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.

“Kənd təsərrüfatına sülh lazımdır” adlanan layihənin müəllifi Almaniyanın diplomatik nümayəndəliyinin əməkdaşı, aqrar sektor məsələlərinə kuratorluq edən Martin Nissendir.

Təklifin əsas müddəasına əsasən, Donbas ərazilərinin beş il müddətinə Birləşmiş Millətlər Təşkilatının (BMT) birbaşa müvəqqəti idarəçiliyinə verilməsi nəzərdə tutulub.

Layihəyə görə, beşillik müddət başa çatdıqdan sonra həmin ərazilərdə müstəqil beynəlxalq müşahidəçilərin nəzarəti altında plebisitlər keçirilməlidir. Səsvermə zamanı yerli əhali bölgələrin Ukraynanın, yoxsa Rusiyanın tərkibində qalacağını müəyyən etməlidir.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑