Dünya · Globalinfo.az

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı xəbəri üçün şəkil

Ukrayna şəhərlərinə Rusiyanın həyata keçirdiyi kütləvi hücumlar və nəticədə mülki şəxslərin həlak olması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması tələb olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik “X” sosial şəbəkəsində məlumat verib.

Diplomat bildirib ki, Dnepr, Çerniqov və Kremençuq şəhərlərində mülki əhaliyə qarşı törədilən son hücumlar nəticəsində 20 nəfər ölüb, onlarla insan yaralanıb.

“Rusiyanın Ukrayna mülki əhalisinə qarşı son vəhşi hücumlarından sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırırıq”, – deyə Melnik bildirib.

İclasın keçiriləcəyi tarix hələ açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 29-da Rusiya Dnepr şəhərindəki dəmir yolu vağzalına reaktiv pilotsuz uçuş aparatı ilə zərbə endirib. Hücum nəticəsində 14 nəfər həlak olub, 14 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.

Həmin gün Çerniqov şəhərinin mərkəzinə endirilən zərbə nəticəsində iki 15 yaşlı qız ölüb, 25 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.

Bundan başqa, Kremençuq şəhərində çoxmərtəbəli yaşayış binasına dron hücumu nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑