Dünya · Globalinfo.az

Tusk və müdafiə nazirini öldürmək istədilər: dövlət hərəkətə keçdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tusk və müdafiə nazirini öldürmək istədilər: dövlət hərəkətə keçdi xəbəri üçün şəkil

Polşa polisi ölkənin Baş naziri Donald Tuska və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı mümkün sui-qəsd hazırlığı ilə bağlı məlumat alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletskaya “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, daxil olan məlumatla əlaqədar daxili işlər naziri Marçin Kervinski və xüsusi xidmətlər üzrə nazir-koordinator Tomaş Semonyak hüquq-mühafizə orqanlarına zəruri tədbirlər görməyi tapşırıblar.

Qaletskaya hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

Günay Rəsulqızı
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑