Dünya · Globalinfo.az

Trampdan İranla bağlı gözlənilməz açıqlama

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampdan İranla bağlı gözlənilməz açıqlama xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp İranla müharibəni başa çatdırmaq niyyətində olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində Ohayo ştatında respublikaçı tərəfdarları ilə görüşü zamanı danışıb.

“İranla müharibəni başa çatdırmalıyam və bunu çox sürətlə edəcəyəm. Onlar çox əziyyət çəkiblər, biz buna son qoyacağıq”, – deyə Tramp bildirib.

ABŞ lideri qeyd edib ki, bu müharibəni onlar başlamayıblar:

“Bu məsələ hələ mən hakimiyyətə gəlməzdən xeyli əvvəl digər prezidentlər və ya ölkələr tərəfindən həll edilməli idi”.

Tramp əlavə edib ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq.

Qeyd edək ki, Amerika mediası daha əvvəl diplomatik danışıqların uğursuz olacağı təqdirdə ABŞ və İsrailin İrana qarşı yeni hərbi əməliyyata başlaya biləcəyini yazıb. Bildirilib ki, əməliyyat noyabrda ABŞ-də keçiriləcək aralıq seçkilərdən dərhal sonra başlaya bilər.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑