Dünya · Globalinfo.az

“Tramp nəhayət, həqiqəti üzə çıxardı” – Medvedev

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Tramp nəhayət, həqiqəti üzə çıxardı” – Medvedev xəbəri üçün şəkil

“ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə bağlı açıqlamalarından sonra Kiyevdə çaşqınlıq yaranıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Tramp nəhayət, həqiqəti üzə çıxardı: qaniçən kloun yalnız müharibə istəyir və mümkün qədər tez aradan getməlidir”, – deyə siyasətçi qeyd edib.

Medvedev həmçinin bildirib ki, bu açıqlamaların heç bir nəticəsi olmayacaq.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl Ukrayna vətəndaşlarına yeni lider seçməyi tövsiyə edib. O bildirib ki, Volodimir Zelenski “razılaşmağı bacarmır” və Rusiya ilə ortaq məxrəcə gələ bilmir.

Günay Rəsulqızı
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑