ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omarı dərhal istefaya çağırıb.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.
ABŞ prezidenti konqresmenin Konqresdə and içərkən saxta addan istifadə etdiyini iddia edərək onun vəzifəsindən getməli olduğunu bildirib.
“Düşünürəm ki, o, konqresdə and içərkən saxta addan istifadə etdiyi üçün dərhal istefa verməlidir”, – deyə Tramp qeyd edib.
Bundan əvvəl “Fox News” telekanalı federal istintaqla tanış olan mənbələrə istinadən konqresmenin əsl adının İlhan Nur Səid Elmi olduğunu iddia edib.
Jurnalistlərin dərc etdiyi məhkəmə sənədlərində isə siyasətçinin hər iki ad variantına rast gəlinir.
Qeyd edək ki, İlhan Omarın nümayəndəsi onun Konqresə seçilərkən və and içərkən başqa addan istifadə etməsi ilə bağlı ABŞ mediasında yayılan məlumatları təkzib edib.
Əliyar Xəlil,






