Dünya · Globalinfo.az

Tramp faktoru respublikaçıları məhv edir – İLGİNC DETALLAR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp faktoru respublikaçıları məhv edir – İLGİNC DETALLAR xəbəri üçün şəkil

ABŞ-da Respublikaçılar Partiyasının qanunvericiləri noyabr ayında keçiriləcək Konqresə aralıq seçkinin nəticələrinə əsasən Nümayəndələr Palatası üzərində nəzarətin demokratlara keçəcəyini gözləyirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri aşağı palatadakı bir neçə respublikaçının qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, seçki ərəfəsində respublikaçılarının əsas məqsədləri Senatda çoxluğu saxlamaq və Nümayəndələr Palatasında mümkün qədər çox yer qazanmaqdır. Eyni zamanda, onlar Konqresin aşağı palatası üzərində nəzarətin “faktiki olaraq itirildiyini” etiraf edirlər. Respublikaçı qanunvericilərdən birinin sözlərinə görə, qarşıdakı seçkidə Nümayəndələr Palatasında azı 10 yer Demokratlar Partiyasına keçəcək və bu, həmin palatada “nəzarəti ələ keçirmək üçün tələb olunandan da çoxdur”.

Nəşr yazır ki, respublikaçı qanunvericilər partiyadaşları – ABŞ Prezidenti Donald Trampın “kömək etmədiyini” və faktiki olaraq bu seçkini “özü haqqında səsverməyə” çevirdiyini bildiriblər. Adı açıqlanmayan respublikaçı konqresmenin sözlərinə görə, indi onlar bu siyasi qasırğadan sağ çıxmağa çalışırlar.

Ağ Evin mətbuat katibinin müavini Liz Hyuston isə bildirib ki, Tramp həm Nümayəndələr Palatasında, həm də Senatda respublikaçıların çoxluğunun qorunub saxlanılmasında qərarlıdır.

Xatırladaq ki, noyabrın 3-də ABŞ Konqresinə aralıq seçkiləri keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək. Hazırda respublikaçılar Konqresin hər iki palatasına nəzarət edirlər.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑