Tehran Qətərin nüvə məsələsinin həlli ilə bağlı irəli sürdüyü təklifləri qəbul etməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşrə danışan yüksək vəzifəli iranlı rəsminin sözlərinə görə, Qətərin təklifləri İran üçün “qəbuledilməz” hesab olunub.
“Bizə təqdim edilən yalnız qəbul edə bilməyəcəyimiz ideyaların siyahısıdır. Nüvə məsələsində güzəştə getməyəcəyik”, – deyə rəsmi qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az





