Dünya · Globalinfo.az

Türkiyə Ərəbistana əsgər göndərəcək? – Rəsmi cavab

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə Ərəbistana əsgər göndərəcək? – Rəsmi cavab xəbəri üçün şəkil

Türkiyənin Səudiyyə Ərəbistanına mümkün hərbi qüvvə göndərməsi məsələsi parlamentin təsdiqindən sonra hüquqi prosedurlara uyğun şəkildə həyata keçirilə bilər. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı rəsmi bəyanatda məlumat verilib.

Bildirilib ki, göstəriləcək dəstəyin miqyası isə Səudiyyə Ərəbistanının tələbləri və ehtiyacları əsasında müəyyənləşdiriləcək.

“Proses ölkə Konstitusiyasının və qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla aparılır.

Müvafiq saziş Türkiyə Böyük Millət Məclisinin təsdiqindən keçməli, həmçinin Türkiyə Silahlı Qüvvələrinin xaricdə yerləşdirilməsi üçün tələb olunan icazə prosedurları başa çatdırılmalıdır”, – deyə qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑