Dünya · Globalinfo.az

“Tülkü toyuq hininə gözətçiliyə namizəd olur!” – Qalibaf

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Tülkü toyuq hininə gözətçiliyə namizəd olur!” – Qalibaf xəbəri üçün şəkil

İran Parlamentinin (İslam Şurası Məclisinin) sədri Məhəmmədbaqer Qalibaf Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) diplomatının Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibliyinə namizədliyini irəli sürməsinə kəskin sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, Qalibaf sosial şəbəkə hesabındakı paylaşımında həmin diplomatın keçmiş fəaliyyətini və BƏƏ-nin siyasətini sərt tənqid edərək ironik ifadələr işlədib:

“Olanların iş təcrübəsi Qəzza faciəsinin müdafiəsindən başqa bir şey deyildir; tülkü ‘toyuq hininə gözətçi’ işi üçün müraciət etmək məqsədilə ‘LinkedIn’ profilini yeniləyir!”

İranlı parlament sədrinin bu açıqlaması Tehranın BƏƏ-nin beynəlxalq təşkilatlardakı yüksək vəzifələrə iddialarına və regiondakı siyasətinə qarşı qətiyyətli narazılığını bir daha nümayiş etdirir.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑