Şimali Koreya lideri Kim Çen İnin beyin qanaması keçirdikdən sonra komaya düşdüyü və müalicə üçün Çinə aparıldığı iddia olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “The Sun” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, sosial şəbəkələrdə yayılan iddialarda Kim Çen İnin Pekindəki Peking Union Medical College xəstəxanasına aparıldığı bildirilir. Buna səbəb kimi Şimali Koreyanın paytaxtı Pxenyanda tibbi imkanların yetərsiz olduğu göstərilir.
Qeyd edək ki, Kim Çen İnin beyin qanaması keçirməsi, komaya düşməsi və Çində müalicə alması barədə məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Əliyar Xəlil
Globalinfo.az




