Dünya · Globalinfo.az

Sankt-Peterburqun mərkəzində ara qarışdı: Polis məhəllələri mühasirəyə aldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sankt-Peterburqun mərkəzində ara qarışdı: Polis məhəllələri mühasirəyə aldı xəbəri üçün şəkil

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində miqrantlara qarşı reyd keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Sennoy bazarının yaxınlığında, Moskovski prospektində bir məhəlləni mühasirəyə alıblar. Həmin ərazidə yüzlərlə insanın ziyarət etdiyi ibadət yeri yerləşir.

Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Reyd zamanı yaxınlıqdakı hostellər və kafelər də yoxlanılıb, onlarla şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılanların qeydiyyat sənədlərini, miqrasiya kartlarını və işləmək üçün icazələrini yoxlayıblar.

Əməliyyata hərbi komissarlıqların əməkdaşları da cəlb olunub. Onlar Rusiya vətəndaşlığını yeni əldə etmiş əcnəbilərin hərbi qeydiyyata düşüb-düşmədiklərini yoxlayıblar.

“TASS”ın mənbəsinin sözlərinə görə, qeydiyyata alınmaq üçün hərbi komissarlığa gəlmələri barədə onlarla şəxsə çağırış vərəqəsi təqdim edilib.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑