Ukraynanın paytaxtı Kiyev şəhərinin üç milyon sakini 2022-ci ildə hərbi əməliyyatların başlanmasından bəri ən ağır və çətin qış mövsümünə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Bildirilir ki, ciddi enerji böhranı fonunda bəzi sakinlər şəhəri tərk etməyi düşünürlər.
Enerji Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Xarçenko bildirib ki, Ukraynanın enerji infrastrukturu ötən müddət ərzində bərpaolunmaz ziyana məruz qalıb.
Məhz bu səbəbdən paytaxt sakinləri bu il Rusiya hücumlarının fəsadlarından daha çox əziyyət çəkirlər.
Ekspert qarşıdakı aylarla bağlı sərt proqnoz verib:
“Bu qış elektrik enerjisinin bərpası daha çətin olacaq”.
Tahir Turan
Globalinfo.az





