“Rusiya, ABŞ və Çin liderlərinin APEC sammiti çərçivəsində üçtərəfli görüş keçirməsi ilə bağlı konkret təklif yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Çində belə bir görüşün təşkili ilə bağlı müzakirələr aparılmayıb:
“Mümkün sammitin gündəliyi barədə də hər hansı əsaslı müzakirə olmayıb”.
Xatırladaq ki, daha əvvəl noyabrda Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın bir araya gələ biləcəyi barədə məlumatlar yayılmışdı.
Safura Bənnayeva
Globalinfo.az



