Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Moskvanı beynəlxalq aləmdən təcrid etmək səylərinə baxmayaraq, diplomatik əlaqələrini genişləndirməyə davam edir.
Globalinfo.az-ın məlumatına görə, Rusiya mediası yazır ki, Putin ötən həftə Moskvada bir sıra diplomatik görüşlər və təmaslar həyata keçirib.
Bu fəallıq Ukrayna müharibəsinin başlanmasından təxminən beş il sonra Qərbin Rusiyanı təcrid etmək cəhdlərinin gözlənilən nəticəni vermədiyini göstərir.
Bundan əlavə, Afrika ölkələrinin liderlərinin Moskvaya səfərləri və Kremlin Vaşinqtonla diplomatik təmasları Rusiyanın beynəlxalq əlaqələrinin davam etdiyinin göstəriciləri kimi təqdim olunub.
Nəşrin qənaətinə görə, Moskva bu diplomatik fəallıq vasitəsilə beynəlxalq münasibətlərdə mövqeyini qorumağa və qlobal siyasi proseslərdə iştirakını davam etdirməyə çalışır.
Tahir Turan
Globalinfo.az




