BMT-nin baş katibi Antonio Quterreş ABŞ və İranı təhdidlərdən çəkinməyə və münaqişənin diplomatik yolla həllinə çağırıb. O, gərginliyin yeni mərhələsinin nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, Quterreş bu barədə X sosial şəbəkəsində yazıb.
O bildirib ki, maksimum təmkin nümayiş etdirilməli və diplomatik həll yollarına üstünlük verilməlidir.
O, həmçinin Hörmüz və Bab əl-Məndəb boğazlarında beynəlxalq hüquqa uyğun olaraq gəmiçiliyin azadlığı və hüquqlarının tam bərpa edilməsinin vacibliyini vurğulayıb.
Bəyanat ABŞ və İsrailin İrana qarşı yeni zərbələr endirməyə hazırlaşdığı barədə media məlumatları fonunda səsləndirilib.
Əliyar Xəlil



