Dünya · Globalinfo.az

Qripdən sağalan şəxslər peyvənd olunmalıdır?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qripdən sağalan şəxslər peyvənd olunmalıdır? xəbəri üçün şəkil

Qripə yoluxaraq sağalan şəxslərin də yenidən peyvənd olunmasına ehtiyac yarana bilər.

Globalinfo.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bunu həkim Mixail Lebedev bildirib.

Onun sözlərinə görə, qripdən sonra yaranan təbii immunitet virusun bütün ştammlarına qarşı qorunma təmin etmir.

Həkim qeyd edib ki, xəstəlikdən sonra orqanizmdə əsasən yoluxmaya səbəb olan ştamma qarşı immunitet yaranır. Lakin qrip virusunun digər variantları da insan sağlamlığı üçün risk olaraq qalır.

Lebedevin sözlərinə görə, qrip peyvəndinin tərkibində virusun dörd aktual ştammı yer alır. Peyvənd olunmaq immun sisteminin həmin ştammlara qarşı müdafiə yaratmasına kömək edir.

Əliyar Xəlil, 

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑