Dünya · Globalinfo.az

Qazaxıstanda onlar məsuliyyətə cəlb ediləcək – Tokayev

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qazaxıstanda onlar məsuliyyətə cəlb ediləcək – Tokayev xəbəri üçün şəkil

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkəyə zərər vurmağa cəhd edən şəxslərin qanun qarşısında cavab verəcəyini bildirib.

Globalinfo.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Temirtauda “Qarmet” şirkətinin kollektivi və həmkarlar ittifaqı üzvləri ilə görüşündə danışıb.

“Xalqın maraqları naminə islahatların uğurla davam etdirilməsi üçün ölkə daxilində sülh və sabitliyə ehtiyacımız var. Qazaxıstana zərər vurmağa cəhd edən hər kəs məsuliyyətə cəlb ediləcək”, – Tokayev deyib.

Qeyd edək ki, bu gün Qazaxıstanın Atırau şəhərində dövlət çevrilişinə cəhd olduğu bildirilir.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑