Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında telefon danışığı baş tutub, tərəflər regionda baş verən son hadisələri müzakirə ediblər.
Adalet.az xəbər verir ki, bu barədə məlumat Qətər Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarını, eləcə də regionda baş verən son hadisələri müzakirə ediblər.
Söhbət zamanı xüsusilə gərginliyin azaldılması, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində diplomatik səylər və birgə koordinasiya məsələlərinə diqqət yetirilib.
Qətərin Baş naziri və xarici işlər naziri gəmiçilik azadlığının təmin edilməsi və regionda davamlı sülhə nail olmağa imkan verəcək hərtərəfli razılaşmanın əldə olunması istiqamətində diplomatik səylərə ölkəsinin dəstəyini bir daha təsdiqləyib.




