Qax rayonunda 7 nəfərin qidadan zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı səbəbindən baş verdiyi müəyyən edilib.
Agentlik bununla əlaqədar əhaliyə müraciət edərək mənşəyi məlum olmayan, növü dəqiq müəyyən edilməyən, tanımadıqları və yeməli olduğuna əmin olmadıqları yabanı göbələkləri toplamamağa və istehlak etməməyə çağırıb.
21:21
Qaxda yeddi nəfər qidadan zəhərlənib.
Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, zəhərlənmə diaqnozu ilə altı kişi və bir qadın Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən iki nəfər (bir kişi və bir qadın) ambulator müalicə üçün evə buraxılıb.
Digər beş kişi isə daha ixtisaslı tibbi xidmət almaq üçün Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə təxliyə edilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
İlkin məlumata görə, zəhərlənmənin göbələkdən qaynaqlandığı ehtimal olunur.




