Gündəm · Axar.az

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dövlət Baxçalı Azərbaycana dəvət olundu xəbəri üçün şəkil

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycana dəvət olunub.

Axar.az xəbər verir ki, bu barədə Modern.az-a MHP sədrinin baş müşaviri, partiyanın İdarə Heyətinin üzvü Əsma Özdaşlı məlumat verib.

O qeyd edib ki, Baxçalının hazırkı iş qrafiki sıxdır. Bununla belə, Azərbaycana yaxın günlərdə səfər müzakirə olunur. Səfərlə bağlı yekun qərar veriləcək.

Söhbət zamanı Özdaşlı Baxçalının Azərbaycana dəstəyini də xüsusi vurğulayıb. O, Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və toxunulmaz olduğunu, heç kimin bu münasibətlərə zərər verə bilməyəcəyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑