Dünya · Globalinfo.az

Putinlə razılaşmadan dəqiqələr sonra… – Zelenski görün nə etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinlə razılaşmadan dəqiqələr sonra… – Zelenski görün nə etdi xəbəri üçün şəkil
zelenski 1

“Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun mövqelərinə zərər vurur”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın müşaviri Aleks Brüyzevits deyib.

“İki gün əvvəl o, Prezidenti “zəif” adlandırdı. Rusiya ilə razılaşmanın elan olunmasından cəmi bir neçə dəqiqə sonra isə neft emalı zavodlarına zərbələr endirdi.

Gəlin, onun yaxşı müttəfiq olduğunu iddia etməyi dayandıraq”, – deyə o bildirib.

Brüyzevits həmçinin Zelenski ilə əlaqə saxlayan şəxsləri Ukrayna liderinə Trampın mövqelərini zəiflətməmək və hərəkətləri ilə Amerika xalqına zərər vurmamaq barədə xəbərdarlıq etməyə çağırıb.

Safura Bənnayeva
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑