Dünya · Axar.az

Rusiya Xarkovu vurdu: Bina dağıldı, yaralılar var – Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Xarkovu vurdu: Bina dağıldı, yaralılar var – Video xəbəri üçün şəkil

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə “Şahid” tipli pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Axar.az xəbər verir ki, bunu Xarkov meri İqor Terexov deyib.

“PUA-nın çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində binanın bir bloku 7-ci mərtəbədən 9-cu mərtəbəyə qədər tamamilə dağılıb. Hadisə yerində yanğın baş verib. İlkin məlumata görə, 5 nəfər xəsarət alıb. Ərazidə axtarış-xilasetmə işləri davam edir”, - Terexov bildirib.

Qeyd edək ki, Rusiya bu gecə Xarkovda marketə də zərbə endirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑