Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də – doğum günündə Almaniyanın keçmiş kansleri Gerhard Şröderlə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Vladimir Putin mətbuatda dərc olunan məlumatlardan keçmiş kanslerin Moskvada olduğunu öyrənib. Köhnə dostunun səfərindən xəbər tutan Rusiya lideri onu öz evinə dəvət edib. Beləliklə, Rusiya prezidenti 74-cü doğum gününü keçmiş kanslerlə birlikdə keçirib.






