Dünya · Axar.az

Tramp İlon Maskı mükafatlandırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp İlon Maskı mükafatlandırdı xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskı “müasir dövrün Tomas Edisonu” adlandıraraq elmi nailiyyətlərinə görə Milli Elm Medalı ilə təltif edib.

Axar.az xəbər verir ki, mükafatlandırma mərasimi Vaşinqtonda keçirilib.

Milli Elm Medalı, həmçinin “Google”un həmtəsisçisi Sergey Brin, “Nvidia” şirkətinin baş direktoru Censen Huanq və AMD-nin rəhbəri Lisa Suya təqdim olunub. “Dell Technologies”in baş direktoru Maykl Dell və “Microsoft”un rəhbəri Satya Nadella isə Milli Texnologiya və İnnovasiya Medalı ilə təltif ediliblər.

Tramp çıxışında Maskın elmi və texnoloji fəaliyyətini yüksək qiymətləndirib və onu “çox xüsusi insan” adlandırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑