Dünya · Teleqraf

İraqda İran müxalifətinin obyektləri PUA-larla vurulub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İraqda İran müxalifətinin obyektləri PUA-larla vurulub xəbəri üçün şəkil

BAKI, 9 oktyabr. TELEQRAF

İraqın şimalındakı Ərbil vilayətində İran hakimiyyətinə müxalif olan kürd qruplaşmalarına məxsus obyektlər iki pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, zərbələr Ərbil vilayətinin Rizqari bölgəsində yerləşən obyektlərə endirilib.

Hücum nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə hələlik məlumat verilməyib.

Telekanalın məlumatına görə, bu, ABŞ qoşunlarının bölgədən çıxarılmasından sonra Ərbilə edilən ilk hücumdur.

Hücumun kim tərəfindən həyata keçirildiyi açıqlanmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑